“Qarabağ” bu gün “Malmö” ilə oyuna çıxacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İsveçin “Malmö” komandası ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə uduzmuşdu. “Köhlən atlar” turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi, 2-ci tur

3 oktyabr

20:45. Qarabağ – Malmö (İsveç)
Baş hakim: Anastasios Papapetru.
Tofiq Bəhramov adına Respublika stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button