“Qarabağ”ın Avroliqa nağılı bitdi

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada “Bayer” (Leverkuzen) komandası ilə qarşılaşıb.

“BayArena”dakı qarşılaşma saat 00:00-da başlayıb. Oyunu ingiltərəli FİFA referisi Entoni Teylor idarə edib.

Komandalar arasındakı ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşmışdı. Cavab görüşündə isə almanlar qələbə qazanıblar və “Qarabağ” mübarizəni dayandırıb.

Avropa Liqası, 1/8 final, cavab oyunu

14 mart

Bayer (Almaniya) – Qarabağ 3:2
Qollar: Ceremi Frimponq, 72. Patrik Şik, 90+3; 90+7 – Abdullah Zubir, 58. Olavio Juninyo, 67.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63.
İlk oyun – 2:2
Baş hakim: Entoni Teylor
Baş hakimin köməkçiləri: Qari Besuik, Adam Nann
Dördüncü hakim: Endryu Medli
VAR: Stüart Attuel
AVAR: Carred Qavan Cillet (Avstriya)

Bayer: 17. Matey Kovar, 3. Pyero Hinkapye, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 8. Robert Endrix (k), 9. Borxa İqlesias, 10. Florian Virts, 12. Edmond Tapsoba, 21. Amin Adli, 30. Ceremi Frimponq, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradeski, 36. Lomb, 2. Yosip Stanişiç, 14. Patrik Şik, 4. Conatan Ta, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 23. Adam Hlojek, 32. Puerta, 25. Esekyel Palasios.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Mateus Silva, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button