“Qarabağ” bu gün “Ayaks”la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasında Niderlandın “Ayaks” komandası ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Liqa mərhələsinin 3-cü turunun oyunu saat 20:45-də start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın baş hakimi şotlandiyalı FİFA referisi Nikolas Uolş olacaq.

“Qarabağ” 1-ci turda İngiltərədə “Tottenhem”ə (0:3), növbəti görüşdə isə evdə İsveçin “Malmö” komandasına uduzub – 1:2. İlk oyunda Türkiyə “Beşiktaş”ını 4 cavabsız qolla üstələyən “Ayaks” ikinci matçda Çexiyada “Slaviya” (Praqa) ilə heç-heçə edib – 1:1.

UEFA Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur

24 oktyabr

20:45. Qarabağ – Ayaks (Niderland)
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button