Xarici KİV: “Qarabağ” hücumçusunun qiymətini 9 milyon avroya qaldırıb

“Qarabağ” klubu braziliyalı hücumçu Juninyonun transfer qiymətini qaldırıb.

Komanda.az “legalbet.kz”-ya istinadən xəbər verir ki, Ağdam klubu əvvəllər onun satışından 2-3 milyon gəlir əldə etməyi planlaşdırsa da, indi 27 yaşlı forvard üçün 9 milyon avro almaq istəyir.

6 milyon avro təklif edən Meksika klublarından biri Juninyo ilə maraqlanır. Moskva “Lokomotiv”inin futbolçunu 800 min avroya almaq istədiyi də bildirilirdi.

Juninyo 2023-cü ilin yayından “Qarabağ”da çıxış edir. O “köhlən atlar”la 55 oyun keçirib, 31 qol vurub, 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button