“Qarabağ” – “Braqa” oyununun hakimləri açıqlanıb
Bakıda “Qarabağ” və Portuqaliyanın “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar məlum olub.
Komanda.az xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. FİFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.
“Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Ağdam klubu qələbə qazanıb (4:2).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin