“Qarabağ”dan tarixi nəticə – Azərbaycan çempionu 1/8 finalda!
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliya “Braqa”sı ilə qarşılaşıb.
İlk matçda rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən “köhlən atlar” bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxıb.
Saat 21:45-də başlayacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edib. Çox gərgin və dramatik keçən oyunun sonunda sevinən tərəf məhz “Qarabağ” olub. Bununla da Qurban Qurbanovun komandası tarixi uğura imza ataraq Avroliqanın 1/8 finalına yüksəlib!
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
22 fevral
Qarabağ (Azərbaycan) – Braqa (Portuqaliya) 2:3
Qollar: M.Silva, 102. N.Axundzadə, 120+2 – R.Fernandes, 70. A.Djalo, 83. S.Banza, 115-pen.
Qırmızı vərəqə: E.Cəfərquliyev, 57 (ikinci sarı).
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 4:2
Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Braqa: 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 11. Rocer Fernandes, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 22. Pitsi, 23. Simon Banza, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 7. Bruma, 10. Şer Ndur, 14. Alvaro Djalo, 17. Yosafat Mendes, 18. Vitor Karvalyo, 20. Roni Lopes, 55. Çissumba, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.
Bizi Facebook-da izləyin