“Qarabağ” bizimlə bir oteldə olacaq” – Rumıniya klubunun rəsmisi
Rumıniyanın FKSB klubunun İdarə Heyətinin nümayəndəsi Mihay Stoyka Avropa Liqasının əsas mərhələsində rəqibləri olan “Qarabağ”ın yeni ilin yanvarında Antalyada (Türkiyə) olacağını bildirib.
Komanda.az xəbər verir ki, bu barədə rumıniyalı funksioner ölkəsinin mətbuatına açıqlamasında bildirib. “Sport.ro” portalına danışan klub rəsmisi bunu deyib:
“Yanvarın 12-də təlim-məşq toplanışı çərçivəsində Antalyada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə yoldaşlıq oyunu keçirəcəyik. Qeyri-rəsmi olmasına baxmayaraq, bizi vacib oyun gözləyir. Yəqin ki, “Qarabağ”ın məşqçiləri və futbolçuları bizimlə bir oteldə qalacaqları üçün tribunada olacaqlar. Bu, həqiqətən gülməlidir”.
Daha əvvəl “Qarabağ”ın Suraxanıdakı bazasında qış təlim-məşq toplanışı keçirəcəyi məlum olmuşdu.
“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin