“Qarabağ” bizi sıxdı” – “Legiya”nın baş məşqçisi

“Qarabağ” Avstriya təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama oyununda Polşanın “Legiya” klubuna 0:2 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisinin baş məşqçisi Pjemislav Maleçki oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib. 40 yaşlı mütəxəssis rəqibin təzyiqi altında oynadıqlarını bildirib:

“Rəqibin təzyiqi altında necə oynadığımızla bağlı əlavə məlumat topladıq. “Qarabağ” da, biz də yüksək təzyiqdə oynadıq. Müdafiədə onlara yaxşı təzyiq göstərə bildik, rəqib bizi sıxdı. Bu şəraitdə biz təzyiq altında işləməyi məşq etdik. Start 11-lik uğrunda mübarizə gedir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button