“Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

Albaniyanın “Partizani” klubunun baş məşqçisi Franko Lerda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 0:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

  • Turu keçə bilməməyinizin səbəbini nədə görürsüz?
  • “Qarabağ” iki qol vurdu, “Partizani” yox. Bu, futboldu, hər şey ola bilər. Bizim də imkanlarımız oldu, ancaq yararlana bilmədik.
  • Hər iki oyunda müdafiə futbolu oynadız. Şansınız olsaydı, yenə eyni sistemlə oynayardızmı?
  • Rəqibin gücündən asılıdı. Bizdən güclüdülərsə, müdafiə oyunu oynayacağıq.
  • Bakıdan qıcıqla ayrılırsız, yoxsa növbəti mərhələlərdə “Qarabağ”a azarkeşlik edəcəksiz?
  • Qısqanmırıq, qıcıq olmuruq. Onlara uğurlar arzu edirəm. Öz komandama azarkeşlik edəcəm.
  • “Qarabağ”ın hansı mərhələyə qədər irəliləyəcəyini düşünürsüz?
  • “Qarabağ” həqiqətən güclüdü. Ancaq hara qədər gedəcəklərini deyə bilmərəm. Dani Kintana kimi oyunçuları var ki, nə vaxt əvəzləyəcəklərini bilir. Aylton Silva da yaxşı oyun göstərdi.
  • Sarı vərəqə aldığınız epizodla bağlı danışardız. Butulkaya təpik vurduz. Bu, penalti ümidlərinizin boşa getdiyi üçün idimi?
  • Bu oyunla bağlı olan bir emosiya idi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button