
“Qarabağ” Benzianı itirdi
“Qarabağ”ın futbolçusu Yassin Benzia zədələnib.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Kəpəz”ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının 20-ci turunun oyununda sıradan çıxıb.
Benzia komandasının vurduğu qol zamanı, 79-cu dəqiqədə rəqib qapıçı İqor Rodrigeslə toqquşub və başından xəsarət alıb.
Oyuna davam edə bilməyən futbolçu birbaşa paltardəyişmə otağına yollanıb.
Hazırda matçda hesab bərabərdir – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin