“Qarabağ” – “Bayer” matçının hakimləri bilindi

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Komanda.az xəbər verir ki, matçda ədaləti Benoit Bastien qoruyacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimi Benoit Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer ” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button