“Qarabağ” “Bayer”ə məğlub oldu
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada “Bayer”in qonağı olub.
“Bay Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
H qrupunun digər matçında “Molde” Norveçdə İsveçin “Hakken” komandasını qəbul edib və 5:1 hesabıyla qalib gəlib.
UEFA Avropa Liqası, qrup mərhələsi, 3-cü tur
26 oktyabr
Bayer (Almaniya) – Qarabağ 5:1
Qollar: Florian Virts, 4. Aleksandro Qrimaldo, 29; 55. Viktor Bonifase, 35. Edmond Tapsoba, 58 – Toral Bayramov, 16-pen.
Baş hakim: Horatsiu Fesnik (Rumıniya).
Leverkuzen. “Bay Arena”
Bayer: 17. Matey Kovar, 3. Pyero İnkapye, 6. Odilon Kossunu, 8. Robert Andrix (k), 10. Florian Virts, 12. Edmond Tapsoba, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 21. Amin Adli, 22. Viktor Bonifase, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 4. Conatan Ta, 7. Yonas Hofmann, 14. Patrik Şik, 18. Noa Mbamba, 23. Adam Hlojek, 25. Esekiel Palasios, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bizi Facebook-da izləyin