
Qurban Qurbanovla 150-ci “sülh”
“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib.
Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 5-ci turuna təsadüf edib. “Keşlə” ilə səfər matçı 1:1 hesabı ilə başa çatıb.
2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanov komandasını çıxardığı 572-ci oyunda 150-ci heç-heçə ilə üzləşib. Bu “sülh”lərdən 101-i Premyer Liqa, 15-i Azərbaycan kuboku, 34-ü avrokuboklara təsadüf edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin