“Qarabağ” “Bakı”ya uduzdu
Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib.
Komanda.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə gəlib.
Qarşılaşma “Kür”ün qələbəsi ilə bitib – 31:22. Bu qələbə ilə xal ehtiyatını 28-ə çatdıran Mingəçevir təmsilçisi çempionluq yolunda daha bir inamlı addım atıb.
Daha bir qarşılaşma “Bakı” və “Qarabağ” komandaları arasında baş tutub. Oyun paytaxt klubunun qəlibiyyəti ilə bitib – 30:23.
Hesabına 26-cı xalı yazdıran “Bakı” çempionluq uğrunda mübarizəni davam etdirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin