“Qarabağ” azarkeşlərinə “Napoli” ilə oyunda ayrılan yerlərin sayı açıqlandı

UEFA Çempionlar Liqasının 5-ci turunda “Napoli” ilə matç üçün “Qarabağ” azarkeşlərinə ayrılan yerlərin sayı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Oyun üçün biletlərin bu gün satışa çıxarılacağı da bildirilib. “Stadio Diego Armando Maradona”da “Qarabağ”ın azarkeşləri üçün 2480 yer ayrılıb. Vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq. Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə olacaq.

“Napoli” – “Qarabağ” oyunu noyabrın 25-də, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button