“Qarabağ” azarkeşləri üçün Pireydə xüsusi mühafizə xidməti

“Qarabağ” azarkeşləri Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda “Olimpiakos”a qarşı keçiriləcək səfər oyunu üçün “Georgios Karaiskakis” stadionuna mühafizə xidmətinin müşayiəti ilə gedəcək.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu, səfər komandasının fanatları ilə bağlı yerli qaydalar, eləcə də təhlükəsizliklə əlaqədardır. Tərəfdarların matçdan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən “Marble” stadionunun qarşısı olacaq. Onlar klub tərəfindən ayrılmış xüsusi avtobuslarla matçın oynanılacağı arenaya yollanacaqlar.

“Qarabağ” azarkeşləri biletləri oyun günü ala biləcəklər. Biletin qiyməti 20 avrodur.

Sabah keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button