“Qarabağ” azarkeşlərə MÜRACİƏT etdi

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”lə (İsveçrə) oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

Komanda.az xəbər verir ki, müraciətdə azarkeşlərdən təhlükəsizlik tədbirlərinə əməl olunmaq xahiş edilib:

“Əziz azarkeşlər, “Qarabağ” – “Sürix” oyununa göstərdiyiniz böyük marağa görə sizə sonsuz təşəkkür edirik.

Oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etməyiniz xahiş olunur. Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənə qədər yenidən stadion ərazisinə qayıda bilməyəcəklər.

Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur.

Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq!

Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!”

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button