“Qarabağ” Azərbaycana növbəti xalları qazandırdı

“Qarabağ” Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu buna Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın HJK komandasına 2:1 hesabı ilə qalib gəlməklə nail olub.

Bununla, ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.

“Sabah” əsas və əlavə vaxtı 0:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada “Partizan”a uduzub – 4:5. “Neftçi” isə Türkiyədə “Beşiktaş”a 1:2 hesabı ilə yenilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button