“Qarabağ”ın “quru seriya”sı qırıldı
“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk qolunu buraxıb.
Komanda.az xəbər verir ki, Ağdam klubunun “quru seriya”sı “Zirə” ilə 5-ci turun matçında qırılıb. 3:1 hesablı qələbə qazanan əyalət klubunu 88-ci dəqiqədə Xulio Sezar Rodriqes məyus edib.
İlk 4 turda “Keşlə”ni 1:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0, “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ” son qolunu ötən mövsüm buraxmışdı.
2018/19 mövsümünün 28-ci turunun mayın 11-də baş tutan qarşılaşmasında “Neftçi”ni 3:2 hesabı ilə məğlub edən ağdamlılar iki dəfə topu qapısında görmüşdü. Canluka Sansonenin 40-ci dəqiqədə vurduğu qoldan 135 gün sonra çempionun qapısına yol tapmaq mümkün olub.
“Qarabağ”ın “quru seriya”sı 498 dəqiqə sürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin