Musa Qurbanlının qolu “Qarabağ” üçün əlamətdar oldu
“Qarabağ” Azərbaycan çempionatlarında 750-ci ev qoluna imza atıb.
Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 14-cü turuna təsadüf edib. “Zirə” ilə görüşdə (2:0) vurulan ikinci qol yubiley xarakteri daşıyıb.
Bu topa Musa Qurbanlı imza atıb. “Qarabağ” 750-ci qolu 413-cü ev oyununda vurub.
“Qarabağ”ın evdəki ilk qolunun müəllifi Mehman Alışanovdur. 1992-ci mayın 3-də Sabirabad “İnşaatçı”sının (1:2) qapısına qol vuran futbolçu həm də ölkə çempionatlarının tarixinin birinci topuna imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin