“Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilən oyunda 10 qol
Futbol veteranları arasında “Qarabağ Azərbaycandır!” şüarı ilə yoldaşlıq görüşü keçirilib.
Komanda.az xəbər verir ki, Su İdmanı Sarayının meydançasında təşkil olunan matçda “Qarabağ”ın məşqçilər heyəti ilə Azərbaycan millisinin keçmiş üzvləri qarşılaşıblar.
Ağdam klubunun heyətində qapıçı Elxan Həsənov, sahə oyunçuları Qurban Qurbanov, Elçin Rəhmanov, Zaur Tağızadə, Mario Mitov, Çudomir Çakarov Müşviq Hüseynov, Yanoş Vasilyev və Elşən Həsənov yer alıb. Yığmada isə Fərhad Vəliyev, Oqtay Abdullayev, Rəşad Sadıqov, Mahmud Qurbanov, Tərlan Əhmədov, Zaur Ramazanov, Samir Əliyev və Musa Qurbanlı mübarizə aparıb.
Qarşılaşmadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Qarabağ” baş məşqçisi Qurban Qurbanov Veteranlar İttifaqının sədri Oqtay Abdullayevə klubun formasını hədiyyə edib.
AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədovun idarə etdiyi matçın ilk hissəsində qapılara 4 qol vurulub. “Qarabağ”ən heyətində Elçin Rəhmanovla Çudomir Çakarov, millinin veteranlarından isə Mahmud Qurbanov və Tərlan Əhmədov fərqlənib.
İkinci hissədə əvvəlcə Zaur Tağızadə “Qarabağ”ı hesabda önə çıxarıb. Az sonra Əhmədov dublunu rəsmiləşdirməklə tarazlığı bərpa edib. Ardınca isə Mahmud Qurbanov özünün 2-ci, komandasının isə 4-cü qolunu vurub. Görüşün sonlarına doğru Oqtay Abdullayev fərqi 2 topa çatdırıb. Az sonra Zaur Ramazanov 6-cı topu “Qarabağ”ın qapısından keçirib. Matçda son nöqtəni isə Mahmud Qurbanov qoyub.
Beləliklə, görüş Azərbaycan millisinin 7:3 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Facebook-da izləyin