
6:0-lıq oyun “Qarabağ” üçün əlamətdar oldu
“Qarabağ” Azərbaycan kubokunda 150-ci oyununu keçirib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi yubiley matçına 1/4 finalın cavab mərhələsində çıxıb. “Keşlə”nin qonağı olan yubilyar 6:0 hesablı qələbə qazanıb.
1993-cü ildən kubokda çıxış edən “Qarabağ” kubokda 150 və ya daha çox oyun keçirən ikinci komanda olub. Ağdamlılar bu görüşlərdə 95 qələbə qazanıb, 29 heç-heçə edib və 26 dəfə uduzub. Evdə 73, səfərdə 68 matça çıxan komanda 9 dəfə neytral meydanda oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin