“Qarabağ” – “Ayaks” oyununa 20200 bilet satılıb

Bakıda “Qarabağ”la Niderlandın “Ayaks” komandaları arasındakı keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun matçına 20 mindən çox bilet satılıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Oyuna hazırda 20200 bilet alınıb.

“Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button