
“Qarabağ” Avstriyaya gedir
“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanır.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu yeni mövsümün hazırlığını Tirolda keçirəcək.
Qurban Qurbanovun komandası orada olduğu müddətdə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcək. Digər rəqiblə bağlı danışıqlar davam edir.
“Qarabağ”ın ilk rəsmi matçı UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”a qarşı olacaq. Oyun iyulun 11-də və ya 12-də səfərdə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin