“Qarabağ” Avstriyada ilk məşqə çıxdı

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Qarabağ” yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.

Komanda.az xəbər verir ki, bu gün Avstriyaya yola düşən Ağdam təmsilçisi artıq bu ölkədə ilk məşqinə də çıxıb. Tirol şəhərində məskunlaşan komanda günü axşam məşqi ilə başa vurub.

Qeyd edək ki, “Qarabağ” Avstriyada iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də Rusiyanın “Arsenal” (Tula), 15-də isə Almaniyanın “Auqsburq” komandası ilə yoxlama oyunu keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button