“Qarabağ” – Avropanın məğlubedilməzi
Cari mövsümdə bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün oyunlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.
Komanda.az xəbər verir ki, siyahıda növbəti dəfə “Qarabağ” da yer alıb.
“Köhlən atlar” Azərbaycan Premyer Liqasındakı ilk 11 matçın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun 3-cü turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda “Düdelanj” 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb.
Yunanıstanda isə səfərdə “Volos”u 5:1 hesabı ilə məğlub edən “Panatinaikos” Super Liqadakı qələbələrinin sayını 10-a çatdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin