“Qarabağ” Avropa nəhənglərini qabaqladı
2022/2023 mövsümündə indiyə kimi Avropanın ən yaxşı 40 çempionatında çox qol vurmuş komandaların adları məlum olub.
Komanda.az “67hail hail” nəşrinə istinadən xəbər verir ki, “10-luq”da Azərbaycan təmsilçisi “Qarabağ” da var.
“Köhlən atlar” (54 qol) 5-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisinin qol ortalaması 2,7-dir.
Siyahıya “Seltik”i (74) liderlik edir. “Genk” (57) ikinci, “Reyncers” (56) üçüncü pillədədir.
1. “Seltik” (Şotlandiya) – 74 qol, qol ortalaması (3,08)
2. “Genk” (Belçika) – 57 qol, (2,48)
3. “Reyncers” (Şotlandiya) – 56 qol (2,33)
4. “Slaviya” (Praqa, Çexiya) – 56 qol (3,29)
5. “Qarabağ” (Azərbaycan) – 54 qol (2,7)
6. “Mançester Siti” (İngiltərə) – 53 qol (2,65)
7. “Linfild” (Şimali İrlandiya) – 53 qol (2,03)
8. “Bayern” (Almaniya) – 52 qol (2,88)
9. PSJ (Fransa) – 52 qol (2,48)
10. “Ayaks” (Niderland) – 51 qol (2,68)
Bizi Facebook-da izləyin