“Qarabağ”dan APOEL-ə hədiyyə
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə qarşılaşacağı oyunundan əvvəl kiprlilər üçün şam yeməyi təşkil edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun idarə heyətinin üzvü Fevzihan Aras APOEL-li həmkarına Qarabağ atının təsviri olan xatirə hədiyyəsi təqdim edib. Bu barədə APOEL-in rəsmi “tvitter” hesabı məlumat yayıb.
Meydandan kənarda qonaqpərvərlik üçün təşəkkürünü bildirən rəqib komandanın nümayəndələri meydanda öz şərəfi və tarixi uğrunda mübarizə aparacaqlarını bildirib.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:55-də başlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin