“Qarabağ”dan Avroliqadakı ilk oyunda çətin qələbə

“Qarabağ” bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, “köhlən atlar” 3-cü təsnifat mərhələsinin ilk matçında Bakıda Finlandiyanın HJK komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu İsraildən olan hakimlər idarə ediblər. Ağdam klubunun heyətində əsas itki zədəli Marko Veşoviç idi. Amma onun yoxluğunda komandası çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.

Komandalar arasında cavab oyunu avqustun 20-də Helsinkidə keçiriləcək.

Bu cütün qalibi pley-off mərhələsində “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Uduzan komanda isə Konfrans Liqasında qrupa düşmək uğrunda “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, HJK 2021/2022 mövsümündə Avropa Liqasının 3-cü mərhələsində “Neftçi”ni iki oyunun (3:0, 2:2) nəticəsinə əsasən mübarizədən kənarlaşdırmışdı.

UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun

10 avqust

Qarabağ – HJK 2:1
Qol: Leandro Andrade, 55. Juninyo, 85 – Entoni Olusanya, 77.
Baş hakim: Roy Raynşrayber (İsrail)
Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ramin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
HJK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho (k), 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Pyuryu Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka.
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Maenpaa, 2. Tuomas Ollila, 3. Nikolas Hamalaynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 7. Santeri Hostikka, 8. Filip Roqiç, 29. Entoni Olusanya, 56. Perparim Hetemay.
Baş məşqçi: Toni Korkeakunnas.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button