
“Qarabağ” Avropa kubokuna qələbə ilə başladı
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunun 2-ci mərhələsinin ilk oyununda qələbə qazanıb.
Komanda.az xəbər verir ki, Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gələn təmsilçimiz 27:24 hesabı ilə qalib gəlib.
Sabah bu komandalar arasında Bakıda cavab oyunu baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin