
“Qarabağ” Avropa kuboku ilə vidalaşdı
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda çıxışını başa vurub.
Komanda.az xəbər verir ki, təmsilçimiz turnirin 3-cü mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gəlib.
Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 34:19.
Ötən gün baş tutan ilk görüşdə “Qarabağ” 20:33 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin