“Qarabağ” Avroliqada qrup ikincisi olmağa layiq idi”

Belçikanın “Gent” komandasının baş məşqçisi Heyn Vanhazebruk Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Türkiyənin “Başakşəhər” komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunmuş mətbuat konfransındakı çıxışı zamanı pley-offda mübarizədən kənarlaşdırdıqları Azərbaycan çempionu “Qarabağ” haqqında da xoş sözlər söyləyib:

“1/4 finala vəsiqə qazana bilərik. Amma qarşımızda çətin rəqib var. “Başakşəhər” bu mövsüm qarşılaşdığımız ən yaxşı komanda ola bilər. Amma “Qarabağ”ı da unutmaq olmaz. Onlar UEFA Çempionlar Liqasının ilkin mərhələlərində üç ölkənin çempionunu mübarizədən kənarlaşdırmışdılar. “Qarabağ” Avropa Liqasının qrup mərhələsini ikinci pillədə bitirməyə layiq idi. Avroliqada Almaniya “Frayburq”u ilə heç-heçə (1:1) etmişdilər. Onlara qalib gələ bilirsənsə, fəxr etməlisən”.

Bu gün keçiriləcək “Gent” – “Başakşəhər” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button