“Qarabağ” avrokuboklarda 100-ə çatdı
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda 100-cü qolunu vurub.
Komanda.az xəbər verir ki, bu, Ağdam klubunun UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşdığı Albaniya çempionu “Partizani”ylə cavab matçına təsadüf edib.
Azərbaycan çempionunun 2:0 hesablı qələbəsiylə bitən qarşılaşmada hesabı açan Filip Ozobiç 99-cu qolun müəllifi olubsa, 100-cü qolun sevincini Dani Kintana yaşayıb. Özü də o, bu topu meydana çıxandan dərhal sonra vurub.
Səfərdə “Partizani”ylə qolsuz heç-heçəyə razılaşan “Qarabağ” bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin