“Qarabağ” APOEL-i də keçəcək”
İrlandiyanın “Dandalk” klubunun baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Pert 0:3 hesabıyla bitən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan əvvəl iddialı danışırdız, ancaq oyunda bunu görmədik.
- Deməzdim, əminlik idi bu. Daha çox inanc var idi. Rəqibimiz bizdən bir neçə səviyyə üstün idi. Onlara hörmət edirik. Son 7 ildə qarşılaşdığımız ən güclü rəqib idi.
- Oyun gözlədiyiniz kimi keçdi?
- Açığı, “Qarabağ”ın topla oynayacağını bilirdik. Bu gün güclü olan qazandı. Mən öz komandamdan çox razıyam, onlara növbəti mərhələdə uğurlar arzu edirəm.
- Bakının istisi oyunçulara necə təsir etdi?
- Ümumilikdə götürəndə bizim oyunlarda temperatur az olur. Bu, oyunumuza təsir etdi. Ancaq bunu uduzmağımıza bağlamıram. “Qarabağ” bizdən üstün oynadı.
- “Qarabağ”ın növbəti mərhələdə şanslarını necə görürsüz?
- Növbəti oyunda “Qarabağ”a azarkeşlik edəcəm. Biz də istərdik ki, kiçik ölkədən belə böyük komanda olaq. “Qarabağ”ın növbəti mərhələyə keçəcəyini düşünürəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin