“Qarabağ” Antalyada son məşqinə çıxdı

“Qarabağ” Antalyada baş tutan qış təlim-məşq toplanışında sonuncu məşqinə çıxıb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi son hazırlığı axşam saatlarında meydançada baş tutub.

“Qarabağ”ın futbolçuları isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.

Mikrozədələri olan iki futbolçu: Miçel və Abdullah Zubir komandayla məşqlərə başlayıb. Digər zədəli futbolçu: Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button