“Qarabağ” Antalya toplanışını məğlubiyyətlə başa vurdu
“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Poqon” komandası ilə üz-üzə gəlib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv bu oyunda rəqibinə 2:4 hesabıyla məğlub olub. Ağdam təmsilçisinin ilk qolunu 50-ci dəqiqədə Marko Yankoviç vurub. Sonuncu qola isə 90+4-cü dəqiqədə Abdullah Zubir imza atıb.
“Qarabağ” bu gün daha bir oyunda qüvvəsini sınamışdı. Ağdam təmsilçisi Serbiyanın “Çukariçki” komandasına 1:0 hesabıyla qalib gəlmişdi.
Xatırladaq ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzmuşdu.
Bu gün Antalya toplanışını başa vuran “Qarabağ” sabah vətənə dönəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin