“Qarabağ” 8 ədəd oturacağın pulunu ödəməlidir

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilən “Turan Tovuz” – “Qarabağ” oyununda azarkeşlərin davranışlarına görə hər iki komandanı cərimələyib.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda ev sahibi klub tərəfdarlarının pirotexniki vasitədən istifadə etməsinə görə 1500 manat cərimələnib.

Bundan başqa, oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün qərb təmsilçisi 800 manat cərimə ödəməli olacaq.

“Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə isə stadiona dəymiş zərəri “Qarabağ” klubu ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button