“Qarabağ” 6 cavabsız qola sevindi

Milli komandaların oyunları əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istinadə edən “Qarabağ” bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Qurban Qurbanov komandasını “Qarabağ-2” ilə oyunda sınaqdan keçirib.

Bu görüşdə milli komadanlara dəvət almayan futbolçular və gənc oyunçular şans qazanıblar.

Qarşılaşma əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. İbrahima Vadji bu oyunda het-trikə, Kadi Borges Malinovski isə dubla imza atıb. Digər qolu Panadero Qaspar vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button