
“Turan Tovuz” “Neftçi”ni, “Sumqayıt” “Kəpəz”i məğlub etdi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 16-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Lider “Səbail-2” səfərdə “Sabah”ın əvəzedicilərinə minimal hesabla qalib gəlib.
“Qarabağ”ın əvəzediciləri isə “Zirə”nin əvəzedicilərini darmadağın edib.
Bu gün daha 3 oyun keçirilib. “Turan Tovuz” “Neftçi-2”-ni minimal hesabla məğlub edib. “Sumqayıt-2” isə Gəncənin “Kəpəz” klubu üzərində minimal hesablı qələbə qazanıb – 1:0.
Birinci divizion, 16-cı tur
20 fevral
Sabah-2 – Səbail-2 0:1
Qol: Bahadur Həziyev, 10.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Kərim Zeynalov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena” (ehtiyat meydança)
Qarabağ-2 – Zirə-2 5:0
Qol: Daniel Romero, 32; 56. Elvin Talıbov, 41. Əli Nəcəfli, 76. Kamran Məmmədov, 88.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
21 fevral
Turan Tovuz – Neftçi-2 1:0
Qol: Elçin Qasımov, 25.
Qırmızı vərəqə: Veysəl Rzayev, 62. (“Turan Tovuz”)
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
Sumqayıt-2 – Kəpəz 1:0
Qol: Rüfət Abdullazadə, 65-pen.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Səbuhi Əmrahov, İslam Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)
Keşlə-2 – MOİK 3:1
Qol: Emin Quliyev, 12; 65; 85 – Fuad Məmmədzadə, 60.
Hakimlər: Kamranbəy Rəhimov, Qəzənfər Məmmədov, Elxan Əsgərzadə, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”

Bizi Facebook-da izləyin