“Qarabağ” 4000 manat cərimə edildi – Hakimi təhqirə görə
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 18-ci turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
18-ci turun “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.
“Qarabağ” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.
18-ci turun “Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sabah” klubunun məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.
“Sabah”ın qapıçısının formasında qüsur olduğundan, oyun gec başlandığı üçün klub 800 manat cərimə olunur.
Bizi Facebook-da izləyin