“Qarabağ” 3 futbolçusunu Qəbələyə aparmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Qəbələ”ylə qarşılaşacaq “Qarabağ” bu gün matça hazırlığı klubun bazasında tamamlayaraq Qəbələyə yollanıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə komandanın 3 futbolçusunun – Şahruddin Məhəmmədəliyev, Xayme Romero və Zamiq Əliyevin səfərə aparılmadığı qeyd olunub. Onlar 14 günlük karantin rejimində olduğu üçün bu matçda iştirak etməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” matçına saat 15:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button