“Qarabağ” 2000 manat cərimə olunub
AFFA İntizam Komitəsi “Qarabağ”ı 2000 manat cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi Misli Premyer Liqasının 20-ci turunda “Turan Tovuz”a uduzduğu matçdan sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyi üçün ziyana düşüb.
“Neftçi” klubu isə “Liv Bona Dea Arena”da qırılmış 17 oturacağa görə dəymiş zərəri “Araz-Naxçıvan”a ödəməli olacaq. “Ağ-qaralar”ın azarkeşləri həmin stadionda Naxçıvan komandasına 1:2 hesabı ilə uduzduqları matçda oturacaqları sındırıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin