
“Qarabağ” 1600 manat cərimə olundu
“Qarabağ” AFFA İntizam Komitəsi tərəfindən cərimələnib.
Komanda.az xəbər verir ki, buna Premyer Liqanın 29-cu turunun “Kəpəz”lə ev oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olması səbəb olub.
Bu, Ağdam klubunun 1600 manat məbləğində cərimələnməsi ilə nəticələnib.
“Qarabağ” – “Kəpəz” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin