Qara Qarayev üçün əlamətdar oyun
Qara Qarayev “Qarabağ”ın heyətində 400-cü oyunu keçirib.
Komanda.az xəbər verir ki, bu yubiley Premyer Liqanın 9-cu turunun “Neftçi” ilə matçına təsadüf edib. 4:0 hesablı qələbə yarımmüdafiəçinin Ağdam klubunda 400-cü oyunu olub. Yalnız bir klubda çıxış edən futbolçunun aktivində 4 qol var.
Qara çempionatda 262, kubokda 36, avrokuboklarda 102 dəfə meydana çıxıb. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.
Onadək “Qarabağ”ın tarixində yalnız bir futbolçu – Maksim Medvedev 400 matç səddini arxada qoya bilib.
Qaranın komandada debütü 2008/09 mövsümünə təsadüf edib. O, 2008-ci il noyabrın 5-də “Bakılı” ilə kubokun 1/8 final mərhələsinin cavab matçında (0:0) şans qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin