Qara Qarayev: “2023-cü ildə də uğurlar qazanacağıq”

“Qarabağ”ın futbolçusu Qara Qarayev sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, növbəti ildə də uğur qazanacaqlarını bildirib:

“İnanıram ki, 2023-cü ildə də birlikdə uğurlar qazanacağıq”.

30 yaşlı yarımmüdafiəçi azarkeşlər haqda da fikir bildirib:

“Azarkeşlərimizin böyük dəstəyi ilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir. Dəstəyiniz üçün təşəkkürlər. Bu alqışlar sizədir”.

“Qarabağ” Azərbaycan Premyer Liqasında 18 turdan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir. “Köhlən atlar” UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button