DÇ-2022: “Amansız davrana biləcəyimizi göstərdik” – Sautqeyt
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin 1/8 final mərhələsinin Seneqalla oyununu (3:0) dəyərləndirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis vacib anlarda qol vurduqlarını bildirib:
“İlk 25 dəqiqəni gərgin keçirdik. Seneqal da çox yaxşı pressinq edirdi. Soyuqqanlı davranışımızdan, komandanın topla və topsuz oyunundan razı qaldım. Qol vura biləcəyimizi, lazım olanda amansız davrana biləcəyimizi göstərdik. Həqiqətən, çox vacib anlarda qol vurduq. Həmçinin, göstərdik ki, qapımızı toxunulmaz saxlaya bilirik”.
İngiltərə millisi DÇ-2022-nin 1/4 finalında Fransa ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin