
Səudiyyə Ərəbistanı çempionatı rəsmisi: “Salahı bizim liqamızda görmək istərdim”
Səudiyyə Ərəbistanı çempionatının marketinq üzrə baş direktoru olan Məhəmməd Bəsrəvi “Liverpul”un hücumçusu Məhəmməd Salahın mümkün transferindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, futbol funksioneri Salahın ərəb dünyasında çox sevildiyini söyləyib:
“Salah dünyanın ən yaxşı futbolçularından biridir. O, ərəb dünyasında çox sevilir. Onu bizim liqamızda görmək istərdim. Qapılar Salahın üzünə həmişə açıqdır. Ancaq onunla hələ danışıqlar aparılmayıb”.
32 yaşlı Salahın “Liverpul”la hazırkı müqaviləsinin müddəti yayda başa çatacaq. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 29 oyun keçirib, 27 qol vurub və 17 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



