“Milan”ın Donnarumma problemi
“Milan” qapıçısı Canluici Donnarumma ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 21 yaşlı futbolçuyla danışıqları davam etdirir. Məlumata görə, danışıqlarda əsas problem futbolçunun məvacib tələbidir. Belə ki, Donnarumma klubdan illik 10 milyon avro tələb edir. Bu, onun hazırkı məbləğindən təxminən iki dəfə çoxdur. “Milan” futbolçunun bu tələbi ilə razılaşmaq istəmir.
Donnarummanın müqaviləsi növbəti mövsümün sonunda başa çatır. Qaydalara görə, o, yanvardan etibarən istədiyi klubla danışıqlar apara biləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin