ÇL: “Qapıçımızın sayəsində oyunda qalmağı bacardıq” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Real Sosyedad”la qarşılaşmanı (1:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşdıqlarını bildirib:
“Bu gün çox güclü komanda ilə qarşılaşdıq. Bunu əvvəlcədən bilirdik və özümüz ən yaxşı futbol sərgiləməsək də, qapıçımızın sayəsində oyunda qalmağı bacardıq. Son 20 dəqiqədən və hesabı bərabərləşdirərək, qələbə qazanmağa çalışmağımızdan çox məmnunam”.
İlk turdan sonra D qrupunda “Real Sosyedad” və “İnter” 2-3-cü yerləri bölüşürlər. Hər iki komandanın 1 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin