Qapı açıqdır – Kim istəsə, onun üçün müraciət edə bilər
“Bayern” yay transfer pəncərəsi dövründə hücumçusu Serj Qnabrinin satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Bayern” cinah oyunçularından biri ilə yollarını ayırmaq istəyir və Qnabri üçün təklifləri dəyərləndirməyə hazırdır. Futbolçunun özü hələ Münhen klubundakı gələcəyi ilə bağlı qərar verməsə də, onun komandadakı mövqeyindən narazı olduğu qeyd edilir. Başqa kluba keçidlə bağlı hələlik konkret danışıqlar aparılmayıb.
27 yaşlı Qnabri bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 42 oyunda 12 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin